FIFA futbolda yeni qayda tətbiq etməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, qapıçıların topu əlində çox saxlaması onlara baha başa gələcək. Bu barədə "The Times" nəşri məlumat yayıb.
Yeni qaydaya görə, qolkiper 8 saniyədən artıq topu əlində saxlasa, rəqib komanda korner qazanacaq.
İngiltərədə U-21 liqalarında və Maltada təcrübədən uğurla keçən sistemin bütün dünyada tətbiq ediləcəyi gözlənilir. Bu qayda vaxt uzadılmasının qarşısını alır və oyunun sürətini artırır.
saytlarin hazirlanmasi