"Arsenal" ispan futbolçu üçün 60 milyon avro ödəməyə hazırdı

20:49 - 15 Yanvar 2025

İngiltərənin "Arsenal" klubu yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, London klubu "Real Sosyedad"da çıxış edən Martin Subimendini transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Arsenal" ispan yarımmüdafiəçini yayda heyətinə qatmağı planlaşdırır. Premyer Liqa nəhəngi 25 yaşlı orta xətt oyunçusu üçün onun klubuna 60 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

Qeyd edək ki, Martin Subimendi "Real Sosyedad"ın yetirməsidir. İspaniya millisinin üzvü olan dayaq yarımmüdafiəçisi bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti