14 və 15 yanvar tarixlərində Azərbaycan Basketbol Liqasında (ABL) 9-cu turdan təxirə salınmış 3 oyun baş tutub.
Sportal.az xəbər verir ki, "Naxçıvan" 102-82 hesabı ilə "Abşeron"a qalib gələrək A qrupunda ilk sıraya yüksəlib.
"Şəki" basketbolçuları "Gəncə" üzərində 72-66 hesablı qələbə qazanaraq, B qrupunda birinci pillənin sahibi olublar. "Sumqayıt" klubu isə "Quba" ilə üz-üzə gəlib və rəqibini 126-90 hesablı ağır məğlubiyyətə uğradıb.
Qeyd edək ki, "Sumqayıt" klubunun bir oyunda topladığı 126 xal hələki mövsümün rekord göstəricisidir
saytlarin hazirlanmasi