“Gəncəyə gəldiyim ilk gündən qonaqpərvərliklə qarşılandım. Bu məni sevindirdi. Doğru yerə gəldiyimi hiss etdim”.
Sportal.az xəbər verir ki, bu fikiləri klubun mətbuat xidmətinə açıqlamasında "Kəpəz"in yarımmüdafiəçisi Rati Ardazişvili deyib.
Gəncə təmsilçisinin yeni transferi Nizami yurdunda onu hər şeyin qane etdiyini bildirib: “Mənə göstərilən münasibətlə yanaşı şəraitdən də razı olduğumu deyə bilərəm. Klubun müasir bazası, məşq meydançaları var. Yeni stadion tikilir, işləri yaxınlıqdan görə bilirik. Üzərimə düşən bəslənən etimadı doğrultmaqdır. Burada oynamaq mənim üçün rahatdır. Klubuma inandığım üçün Gəncəyə gəldim”.
Gürcüstanlı futbolçu komandanın vəziyyəti ilə bağlı danışarkən qış fasiləsindən sonra durumun dəyişəcəyinə inandığını söyləyib: “Heyətimiz üzərinə düşəni edə biləcək gücdədir. Qısa vaxtda burada olmağıma baxmayaraq ab-havadan deyə bilərəm ki, komandamız elitada qalmağa fokuslanıb. Biz bir komandayıq, ailəyik, hər şeyi birlikdə etməliyik. Birgə vəziyyəti dəyişə biləcəyik. “Kəpəz”in böyük azarkeş qüvvəsi var. Sosial şəbəkələrdə yazırlar, dəstək olurlar. Onlar üçün meydanda ən yaxşısını etməyə çalışacağıq”.
saytlarin hazirlanmasi