"Qarabağ" XXI əsrin ikinci göstəricisinə imza atdı

10:34 - 12 Fevral 2025

"Qarabağ" Azərbaycan çempionatlarında XXI əsrin ikinci göstəricisinə imza atıb.

Sportal.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Misli Premyer Liqasının XXII turunun “Səbail”ə qarşı görüşündə 18 dəqiqəyə 5 qol vurub.

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 76-cı dəqiqədə hesabı açıb və 90+3-cü dəqiqədə 5-ci dəfə fərqlənib. Azərbaycan çempionatlarında 5 qolu ən qısa müddətdə vuran komanda isə “Rəvan” olub. 2012/2013 mövsümündə fərqlənən paytaxt klubu 2013-cü il martın 30-da “Turan”ın qapısına 14 dəqiqəyə 5 qol vurub. 6:2 hesablı səfər qələbəsi qazanan “Rəvan” 60-73-cü dəqiqələrdə buna imza atıb.

Həmin matçda Mindauqas Kalonas 60-cı, Xuan Manuel Varea 61, 68 və 72-ci, Miloş Adamoviç 73-cü dəqiqədə qol vurub.

Xəbər xətti