Riçard Almeyda Braziliya klubu ilə müqavilə imzaladı

23:39 - 14 Fevral 2025

"Qarabağ"dan ayrılan Riçard Almeydanın yeni klubu bəlli olub.

Sportal.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi karyerasını Braziliyada davam etdirəcək.

Almeyda "Primavera" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan milli komandasının sabiq üzvü ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Xəbər xətti