"Beşiktaş"In yarımmüdafiəçisi Jedson Fernandes karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Spartak" portuqaliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Moskva klubu Jedson üçün "Beşiktaş"a 25 milyon avro təklif edib. Futbolçu özü Rusiyaya yolldanmağa isti yanaşır.
Qeyd edək ki, "Beşiktaş" Jedson Fernandesi 2022-ci ilin yayında "Benfika"dan transfer edib. 26 yaşlı yarımmüdafiəçi bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi