"Feyenord"un müdafiəçisi David Hançko karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, slovakiyalı futbolçu "Yuventus"un yay transfer pəncərəsi üçün əsas hədəflərindən biridir. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.
A Seriyası nəhəngi Hançkonu yeni mövsüm üçün heyətinə qatmağı planlaşdırır. 27 yaşlı mərkəz müdafiəçisinin transferinin 35 milyon avroya yekunlaşacağı bildirilir.
Qeyd edək ki, "Feyenord" David Hançkonu 2022-ci ilin avqust ayında Praqa "Sparta"sından transfer edib. Slovakiya millisinin üzvü bu mövsüm Rotterdam təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi