Albaniya mətbuatı: Cicanın oynamamasına baxmayaraq, Qurban Qurbanov onun getməsini istəmir

11:22 - 16 Fevral 2025

Albaniya mətbuatı “Qarabağ”ın hücumçusu Redon Cicanın məhdud oyun vaxtı ilə bağlı fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, Albaniyanın “Gazeta Sport Express” portalı Ağdam klubunun hücumçusu barədə bunları yazıb:

"Redon Cica Albaniya Superliqasında göstərdiyi səviyyəsinə görə böyük gözləntilərə səbəb olan oyunçulardandı. Onun “Tirana”dan Avropa Liqasının və Çempionlar Liqasının əsas mərhələlərində daim oynadığı üçün yüksək Avropa səviyyəsi ilə tanınan “Qarabağ”a keçidi fantastik idi. Əvvəlcə o, əsas forvard rolunu üzərinə götürmüşdü, lakin sonra ehtiyat oyunçular skamyasında oturmağa başladı. Artıq bir müddətdir ki, Redon cəmi bir neçə dəqiqəlik oynayıb. Buna baxmayaraq, “Qarabağ”ın baş məşqçisi onun komandadan getməsini istəmir. O, Cicanı meydana buraxmasa da, komandada qalmasını istəyir".

Qeyd edək ki, 26 yaşlı hücumçunun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, 2023-cü il yanvarın 24-də “Qarabağ”a keçmişdi.

Xəbər xətti