U-17 yığma komandamız bu gün UEFA İnkişaf Kubokunda ikinci matçına çıxıb.
Sportal.az xəbər verir ki, İlham Yadullayevin rəhbərlik etdiyi kollektiv Belarusun paytaxtı Minskdə təşkil olunan turnirdə İranla qarşılaşıb.
Oyun Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 47-ci dəqiqədə Amin Rzayev vurub.
Xatırladaq ki, millimiz ilk matında Rusiya ilə qarşılaşıb və 0:3 uduzmuşdu.
saytlarin hazirlanmasi