Mikel Arteta "Arsenal"ın baş məşqçisi vəzifəsində qalacaq.
Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, "Arsenal"da hər şey nəzarət altındadır və ispan mütəxəssisin istefası gündəmdə deyil. Klub rəhbərliyi onu layihənin əsas hissəsi kimi görür.
Qeyd edək ki, Arteta 2019-cu ildən "topçular"ı çalışdırır. Onun rəhbərliyi altında komanda 1 dəfə İngiltərə Kubokunu, 2 dəfə isə İngiltərə Superkubokunu qazanıb.
Hazırda "Arsenal" Premyer Liqada 2-ci yerdə qərarlaşıb və lider "Liverpul"dan 1 oyun az keçirərək 15 xal geri qalır.
saytlarin hazirlanmasi