Gürcüstanın "Squri" klubunda çıxış edən Raul Hacıyev Azərbaycan yığmasında oynamaq istəyir. 2005-ci il təvəllüdlü müdafiəçi U-21 yığmasında çıxış etmək şanslarını dəyərləndirib.
Sportal.az saytına açıqlama verən, əslən Azərbaycandan olan Hacıyev vaxtı ilə U-19 yığmasında çıxış etmək şanslarını xatırlayıb:
"Azərbaycanın U-21 yığmasına dəvət almaq, orada oynamaq istəyirəm. Özünüz də bilirsiz, Azərbaycan yığmasında oynamağıma mane olan pasport məsələsi idi. Yoxsa, U-19 yığmasına dəvət edilmişdim, komanda ilə birlikdə seçmə mərhələ oyunlarına da gedəcəkdim. Amma pasport məsələsinə görə alınmamışdı. İndi isə U-21 yığmasında oynaya bilərəm. Təbii ki, dəvət gələrsə, bundan yaxşı istifadə etmək istəyirəm. Doğrudur, artıq heyət açıqlanıb. Amma qarşıda da toplanışlar planlaşdırılıb. Ümumiyyətlə, həm milli, həm də klub olaraq karyeramı Azərbaycanda davam etdirmək istəyərəm. İndi Gürcüstanda oynayıram. Pasport məsələsi həllini tapdıqdan sonra Azərbaycan millisində oynayacağıma inanıram. AFFA-dan da maraqlananlar var. Təşəkkür edirəm onlara. Ümidvaram ki, tezliklə bu məsələ həll ediləcək və mən Azərbaycan yığmasında oynayacam".
saytlarin hazirlanmasi