"Mançester Yunayted"in futbolçusu "Bavariya"ya keçə bilər

16:56 - 18 Mart 2025

İcarə əsasında "Betis"də çıxış edən Antoni Antoni göstərdiyi performansla Avropanın böyük klublarının diqqət mərkəzinə düşüb.

Sportal.az xəbər verir ki, həmin klublardan biri "Bavariya"dır. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

"Bavariya" artıq braziliyalı futbolçunun müqavilə ilə məxsus olduğu "Mançester Yunayted"lə danışıqlara başlayıb. Bundesliqa nəhənginin qarşıdakı günlərdə danışıqlarda irəliləyiş əldə edəcəyi gözlənilir.

Qeyd edək ki, Antoni bu ilin yanvar ayından "Betis"də çıxış edir. Braziliya millisinin üzvü olan 25 yaşlı vinger La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti