"Liverpul"un 250 milyon funt-sterlinqlik transfer planı

17:20 - 18 Mart 2025

İngiltərənin "Liverpul" klubu yayda heyətini yeni oyunçularla gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi yeni transferlər üçün 250 milyon funt-sterlinq büdcə ayıracaq. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Liverpul"un hədəfində 3 futbolçu yer alıb. Bunlar "İnter"in müdafiəçisi Alessandro Bastoni, "Leypziq"in vingeri Xavi Simons və "Atletiko"nun hücumçusu Xulian Alvaresdir.

Klub rəhbərliyi bu 3 keçidi reallaşdırmaq üçün yayda klubları ilə danışıqlara başlayacaq.

Xəbər xətti