Yamayka millisinin üzvünün Azərbaycan klubuna keçidi baş tutmadı

11:22 - 19 Mart 2025

"Şamaxı"nın Yamayka millisinin üzvü Kollin Andersonu transfer edə biləcəyi haqda xəbər vermişdik.

Sportal.az saytına verilən məlumata görə, transfer baş tutmayıb. Buna səbəb isə sənəd məsələləridir. Belə ki, futbolçunun sənəd məsələləri qaydasında olmadığı üçün "Şamaxı" Kollini heyətinə qatmaqdan vaz keçib.

O, həkim müayinəsindən uğurla keçib, lakin sənəd problemlərinə görə Kollinin Premyer Liqa klubuna keçidi baş tutmayıb.

25 yaşlı vinger "Kavalyer"(Yamayka), "Breqalniça"(Şimali Makedoniya), "Erbil"(İraq) komandalarında oynammışdı.

Xəbər xətti