2027-ci il Çempionlar Liqasının finalı İspaniyada keçiriləcək.
Sportal.az xəbər verir ki, İspaniya Kral Futbol Federasiyasının prezidenti Rafael Lusan həlledici oyunun "Metropolitano" stadionunda keçiriləcəyinə dair zəmanət aldıqlarını bildirib. "Atletiko"nun stadionu 70 460 tamaşaçı tutumuna malikdir.
Qeyd edək ki, sentyabr ayında UEFA mümkün təmir işlərinə görə "San-Siro"nun oyunu təşkil etmək hüququndan məhrum edildiyini açıqlamışdı. ÇL finalına "Metropolitano" ilə yanaşı, Bakının Olimpiya Stadionu da namizəd idi.
saytlarin hazirlanmasi