"Arsenal"ın 58 milyon funt-sterlinqlik təklifini qəbul etmədilər

15:57 - 21 Mart 2025

İngiltərənin "Arsenal" klubu yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, London klubu "Nyukasl"da çıxış edən Bruno Gimaraeşi transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Arsenal" braziliyalı futbolçu üçün 58 milyon funt-sterlinqlik təklif göndərib. Lakin klubu 27 yaşlı dayaq yarımmüdafiəçisini satmaq fikrində deyil.

Qeyd edək ki, "Nyukasl" Bruno Gimaraeşi 2022-ci ilin yanvar ayında "Lion"dan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti