"Fənərbaxça" "Lill"in futbolçusunu transfer etmək istəyir

18:39 - 21 Mart 2025

Türkiyənin "Fənərbaxça" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi icarə əsasında "Yanq Boyz"da çıxış edən Alan Virciniusu transfer etmək istəyir. Bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo fransalı vingerin oyununu bəyənir. Super Liqa klubu 22 yaşlı ön xətt oyunçusunun müqavilə ilə məxsus olduğu "Lill"ə rəsmi təkliflə müraciət edəcək.

Qeyd edək ki, "Yanq Boyz" Alan Virciniusu mövsümün əvvəlində icarəyə götürüb. Fransa U-21 millisinin üzvü İsveçrə təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti