Belarus millisinin futbolçusu Artem Kontsevoy Masazırda “Bank Respublika Arena” stadionunda Azərbaycan yığmasına qarşı keçiriləcək yoldaşlıq oyunu ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, Belarus mətbuatına danışan “Rodina”nın futbolçusu matç haqda bunları deyib:
"Düşünürəm ki, Azərbaycan millisi çox bacarıqlı rəqibdir. Onlar topla yaxşı oynayırlar. Biz artıq Bakıda məşq etmişik. Hava ümumiyyətlə rahatdır, təxminən 10 dərəcədir, futbol üçün uyğundur".
Azərbaycan – Belarus oyunu martın 25-də “Bank Respublika Arena” stadionunda keçiriləcək və görüşə saat 21:45-də start veriləcək.
saytlarin hazirlanmasi