"Mançester Siti"ni ABŞ klubuna dəyişəcək

12:58 - 24 Mart 2025

Mövsümün sonunda "Mançester Siti" ilə müqaviləsi başa çatan Kevin De Brüyne komandadan ayrılacaq.

Sportal.az xəbər verir ki, belçikalı yarımmüdafiəçinin karyerasını ABŞ-də davam etdirəcəyi gözlənilir. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

De Brüyne "San Dieqo" ilə danışıqlara başlayıb. 33 yaşlı futbolçunun yeni mövsümə MLS-də başlayacağı bildirilir.

Qeyd edək ki, "Mançester Siti" Kevin De Brüyneni 2015-ci ilin yayında "Volfsburq"dan transfer edib. Belçika millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti