"Tottenhem" 17 yaşlı futbolçu üçün 37 milyon funt-sterlinq təklif etdi

16:50 - 25 Mart 2025

İngiltərənin "Tottenhem" klubu yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa klubu "Sanderlend"də çıxış edən Kris Riqqi transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Tottenhem" ingiltərəli yarımmüdafiəçini yayda heyətinə qatmağa çalışacaq. Londonlular 17 yaşlı oyunçu üçün onun klubuna 37 milyon funt-sterlinqlik təklif göndərib.

Qeyd edək ki, Kris Riqq "Sanderlend"in yetirməsidir. İngiltərə U-19 millisinin üzvü olan gənc futbolçu bu mövsüm Çempionşip təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti