"Atalanta"nın futbolçusu Ademola Lukman yeni mövsümə başqa komandada başlayacaq.
Sportal.az xəbər verir ki, baş məşqçi Can Pyero Qasperini ilə problem yaşayan nigeriyalı hücumçu İtaliya klubundan ayrılmaq istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Lukmanı transfer etmək istəyən klubların sayı az deyil. "Barselona", "Liverpul" və "Çelsi" futbolçunun xidmətində maraqlıdır. 27 yaşlı forvard seçimini yayda edəcək.
Qeyd edək ki, "Atalanta" Ademola Lukmanı 2022-ci ilin avqust ayında "Leypziq"dən transfer edib. Nigeriya millisinin üzvü bu mövsüm Berqamo təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 18 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi