Bu gün Misli Premyer Liqasında 30-cu turun iki görüşü keçiriləcək.
Sportal.az xəbər verir ki, "Zirə" "Neftçi" ilə oyuna itkilərlə çıxacaq.
Belə ki, qəsəbə təmsilçisinə bu görüşdə Yusuf Laval və Fuad Bayramov kömək edə bilməyəcək. Hər iki futbolçu zədəlidir.
Qeyd edək ki, "Neftçi" - "Zirə" görüşünə bu gün 19:15-də start veriləcək.
saytlarin hazirlanmasi