"Zirə"nin forvardı üçün əlamətdar qol

09:57 - 14 Aprel 2025

Rafael Utziq Azərbaycan çempionatlarında 25-ci qolunu vurub.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının XXX turuna təsadüf edib.

Braziliyalı “Neftçi” ilə görüşdə dubla imza atıb. İlk top onun Premyer Liqada ümumilikdə 25-ci, “Zirə” forması ilə 10-cu qolu olub.

Qeyd edək ki, Premyer Liqada “Qəbələ”də də çıxış etmiş Rafael ümumilikdə 124, “Zirə”də 43 matç keçirib.

Xəbər xətti