"Mançester Yunayted"in hücumçusu zədələndi

16:10 - 14 Aprel 2025

İngiltərənin "Mançester Yunayted" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin hücumçusu Coşua Zirkze sıradan çıxıb.

Niderlandlı futbolçu ölkə çempionatının 32-ci turunun "Nyukasl"la səfər matçında (1:4) bud əzələsindən zədə alıb. 23 yaşlı forvard bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Mançester Yunayted" Coşua Zirkzeni mövsümün əvvəlində "Bolonya"dan transfer edib. Niderland millisinin üzvü "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 48 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti