“Nürnberq”in azərbaycanlı hücumçusu Mahir Emreli Almaniya II Bundesliqasının 29-cu turunun “Kayzerslautern”ə qarşı oyununda (2:1) vurduğu qolu şərh edib.
Sportal.az xəbər verir ki, instaqram səhifəsində paylaşım edən Mahir bunları yazıb:
“Haqqımda çox danışıldı. Çox yazıldı, həqiqətə uyğun deyildi. Amma mən sakit qaldım və israrla öz üzərimdə çalışdım, hörmətimi itirmədim. Nə üçün mübarizə apardığımı göstərdim. Bu, üç xaldan daha vacibdir. Bu məqsəd mənə inananların hamısı üçündür: komanda yoldaşlarım, məşqçilərim və xüsusən də azarkeşlər...Növbəti oyunda görüşərik”.
saytlarin hazirlanmasi