Azərbaycan millisinin sabiq forvardı Nadir Nəbiyev Sportal.az saytına açıqlama verib.
O, yeni sezondan Misli Premyer Liqasında legioner limitinin ləğvindən bəhs edib:
"Klublar legioner futbolçuların hər birinə görə müəyyən rüsum ödəməli olacaq. Legionerlərin sayı çox olsa, məbləğ də kifayət qədər yüksək olacaq. Bu mənada, büdcəsi nisbətən aşağı olan komandalar yerli futbolçulara daha çox üstünlük verəcək".
Yığma komandamızın veteran futbolçusu Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv barədə də fikirlərini söyləyib:
"Millimizin son oyunlarda məğlubiyyəti ciddi siqnaldır. Seçmə oyunlara qədər toparlanıb həm oyunda, həm də nəticədə dəyişiklik etmək lazımdır. Yəqin ki, bəzi futbolçular millinin növbəti toplanışına dəvət olunmayacaq. Yeni futbolçuların dəvət olunacağını düşünürəm. Çox təəssüf ki, nəticələr ürəkaçan deyil. Ümid edirəm ki, həm oyunda, həm də nəticədə inkişaf əldə edərik. Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki rəqibləri kifayət qədər ciddi komandalardır. Əsas məqsəd xal toplayıb sonuncu olmamaqdır. Millimizə uğurlar arzulayıram".
saytlarin hazirlanmasi