"İnter" üçün ciddi itki - "Barselona"ya qarşı oynamayacaq

17:22 - 27 Aprel 2025

“İnter”in hücumçusu Markus Türam Çempionlar Liqasının yarımfinalında aprelin 30-da "Barselona"ya qarşı keçiriləcək ilk oyunu buraxacaq.

Sportal.az xəbər verir ki, futbolçu daha əvvəl əzələsindən zədə almışdı.

Onun Kataloniya klubu ilə görüşə qədər sağalmağa vaxtı olmayacaq. Fransalı həm də mayın 3-də A Seriyasının 35-ci turunda "Verona" ilə görüşü buraxmaq riskini daşıyır.

Forvardın Çempionlar Liqasının yarımfinal mərhələsinin "Barselona”ya qarşı mayın 6-da keçiriləcək cavab görüşündə meydanda olacağı gözlənilir.

Xəbər xətti