Argentina millisinin sabiq üzvü Martin Demişelis “Monterrey”in baş məşqçisi vəzifəsindən qovulub.
Sportal.az xəbər verir ki, Meksika klubu argentinalı ilə yola davam etmək istəməyib. Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Yeni məşqçinin adı yaxın günlərdə açıqlanacaq.
Demişelis 2024-cü ilin avqustundan “Monterrey”i çalışdırırdı. Bu mövsüm komanda Meksikanın müntəzəm çempionatında 7-ci yeri tutub və 1/4 final mərhələsində pley-offdan kənar qalıb.