"Milan" "Independiente Medellín"in yarımmüdafiəçisi Juan Arisala ilə müqavilə imzalayacaq.
Sportal.az xəbər verir ki, klublar 20 yaşlı futbolçunun transferi üzrə 3 milyon avro qarşılığında razılığa gəlib. Fabritsio Romanonun məlumatına görə, Kolumbiya klubu həmçinin oyunçunun gələcəkdə satışından müəyyən faiz əldə edə bilər.
Qeyd edək ki, "Independiente Medellín"də Arisala 50 oyunda çıxış edib və 3 qol vurub. O, həmçinin Kolumbiya U20 yığmasında 22 matçda 1 qol müəllifi olub.
saytlarin hazirlanmasi
