Ronaldo sentyabrdan bəri ilk dəfə qol vura bilmədi, "Əl-Nəsr" məğlub oldu

00:17 - 3 Yanvar 2026

“Əl-Nəsr” hücumçusu Kriştiano Ronaldo “Əl-Əhli”yə qarşı oyunda fərqlənə bilmədi. Portuqaliyalının komandası Səudiyyə Liqası 13-cü turunda 2:3 hesabı ilə uduzub.

Sportal.az xəbər verir ki, 40 yaşlı hücumçu 14 sentyabrdan bəri çempionatda qol vura bilməyib. O vaxtdan etibarən ardıcıl 9 oyunda fərqlənmişdi.

Ronaldu 12 oyunda vurduğu 13 qol ilə hələ də liqanın bombardirlər siyahısında Joao Feliks ilə birinci yeri paylaşır. Kriştianonun komanda yoldaşı da 12 oyunda 13 qol vurub.

Xəbər xətti