"Barselona"nın 5 futbolçusu "Atletiko"ya qarşı oynamayacaq

15:10 - 12 Fevral 2026

"Barselona" İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Atletiko"nun qonağı olub.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi Madriddəki matça ciddi itkilərlə çıxacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rafinya, Pedri, Markus Reşford, Qavi və Andreas Kristensen vacib görüşdə komandaya kömək edə bilməyəcək. Adıçəkilən oyunçular kollektivlə birlikdə paytaxta aparılmayıblar.

Qeyd edək ki, "Atletiko" - "Barselona" qarşılaşması bu geecı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Xəbər xətti