Macarıstan çempionatında 10-cu turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, millimizin üzvü Anatoli Nuriyevin çıxış etdiyi "Kişvarda" öz meydanında "Ferentsvaroş"la 1:1 hesablı heç-heçə edib.
Anatoli Nuriyev bu qarşılaşmanın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, bu nəticədən sonra aktivindəki xalların sayını 11-ə çatdıran "Kişvarda" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
