Afrikanın ən varlı futbolçuları

14:24 - 27 İyul 2013

Droqba 5-ci sırada yer aldı
 
Afrika qitəsinin ən çox qazanan oyunçularının adı açıqlanıb.
 
Sportal.az xəbər verir ki, “Qalatasaray”ın ulduzu Didye Droqba siyahıda 5-ci sırada qərarlaşıb. O, ümumilikdə illik 8 milyon avro qazanc əldə edir. Siyahıya isə hazırda “Anji”də çıxış edən Samuel Eto`o 20,5 milyon avro gəlirlə başçılıq edir. Droqbanın həmyerlisi - “Mançester Siti”də oynayan Yaya Ture 12 milyon avro ilə ikinci sıradadı. Tureni isə hazırda “Beşiktaş”ın transfer gündəmində olan Emmanuel Adebayor izləyir. “Tottenhem”in toqolu futbolçusu illik 8,4 milyon avro qazanır. 

Xəbər xətti