Taylandlı uşaq futbolçuya belə sarıldı
Təlim-məşq toplanışını Taylanda davam etdirən İngiltərənin "Liverpul" klubu həmin ölkənin yığması ilə yoldaşlıq oyunu keçirib.
Sportal.az xəbər verir ki, balaca azarkeşin hərəkəti oyuna xüsusi rəng qatıb. Belə ki, oyuna çıxan Cerrardın əlindən tutan balaca uşaq meydandan ayrılarkən futbolçunu qucaqlayıb. Balaca taylandlı Cerrarda sarılaraq bir müddət belə vəziyyətdə qalıb. Bu hərəkətə azarkeşlərdə biganə qalmayıb və əl çalıblar.
saytlarin hazirlanmasi