Dünya futbolunda ən bahalı transferlər MARAQLI

16:04 - 31 İyul 2013

Müxtəlif dövrlərdə rekord vuran transferlər
 
Dünya futbolu tarixində bir çox klublar fantastik məbləğ ödəyərək istədiyi oyunçunu heyətinə qatıb.
 
Sportal.az xəbər verir ki, müxtəlif vaxtlarda rekord qıran və böyük səs-küyə səbəb olan transferlər müəyyənləşib. Onlar aşağıdakılardı:
 
Yohan Kroyf, 1973-cü il: 1970-ci illərdə ən yaxşı futbolçular üçün ödənilən məbləğlər indiki ilə müqayisədə olduqca aşağı idi. Amma o vaxtlar Yohan Kroyf “Ayaks”dan “Barselona”ya 1 milyon funt qarşılığında transfer olarkən dünyanın ən bahalı futbolçusu adına sahib olub. 
 
Dieqo Armando Maradona, 1982-84-cü illər: O, iki dəfə dünyanın ən bahalı oyunçusu adını qazanıb. Belə ki, Maradona 1982-ci ildə “Boka Xuniors”dan “Barselona”ya 3, “Barselona”dan isə “Napoli”yə 5 milyon funt qarşlığında keçib. 
 
Roberto Baccio, 1990-cı il: İtaliya futbolunun əfsanələrindən biri olan Baccio “Fiorentina”dan “Yuventus”a keçərkən keçmiş komandasına 8 milyon funt qazandırıb. 
 
Alan Şirer, 1996-cı il: İngiltərə Premyer Liqasında adından söz etdirən Şirer “Bləkbörn”dən “Nyukasl”a 15 milyon funta keçərkən dünyanın ən bahalı oyunçusu adını alıb. 
 
Ronaldo, 1997-ci il: Dünya futbolunun canlı əfsanələrindən Ronaldo “Barselona”dan “İnter”ə keçərkən onun üçün ödənən 19,5 milyon funtla həmin dönəmin ən bahalı oyunçusu olub.
 
Kristian Vyeri, 1999-cu il: İtaliyada ən güclü hücumçulardan biri olan Vyeri “Latsio”dan “İnter”ə keçərkən rekord vurub. Həmin dönəmdə Milan klubu onun üçün 32 milyon funt ödəyib.
 
Ernan Krespo, 2000-ci il: Həmin ildə Krespo üçün “Latsio” “Parma”ya 35,5 milyon funt ödəyib. 
 
Luis Fiqu, 2000-ci il: İspaniya futbolunun ən qalmaqallı transferi bəlkə də Fiqunun “Barselona”dan “Real”a keçidi olub. Bu transferə görə Madrid klubu əzəli rəqibinə 37 milyon funt ödəyib.
 
Zinəddin Zidan, 2001-ci il: Həmin ildə Florentina Peres “Yuventus”a 53 milyon funt ödəyərək Zidanı Madridə gətirib. Fransa millisinin əfsanəvi oyunçusu 2001-ci ilin ən bahalı futbolçusu olub.
 
Kaka, 2009-cu il: “Milan”dan “Real”a keçən Kaka onun üçün ödənən məbləğlə transfer rekordu vurub. İspanlar Kaka üçün 56 milyon funtundan keçib. 
 
Kriştianu Ronaldo, 2009-cu il: “Mançester Yunayted”də yüksələn Ronaldo sonradan La Liqanın yolunu tutub. Bu transfer “Real”a 80 milyon funta başa gəlib. Bununla da Ronaldo tarixin ən bahalı oyunçusu adına sahib çıxıb.  

Xəbər xətti