Messi Maradonanı təqlid etməkdən əl çəkmir FOTOLAR

17:28 - 6 Avqust 2013

O, həmyerlisinin keçmişdə etdiyi bir çox hərəkətin bənzərlərini icra edir
 
“Barselona”nın ulduzu Lionel Messi Argentina və dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Marodonanı təqlid etməkdən əl çəkmir.
 
Sportal.az xəbər verir ki, bu hərəkətlərinə görə ulduz futbolçu həmişə tənqidlərə məruz qalır. Messi bu dəfə “Barselona”nın “Barış turu” çərçivəsində Maradona kimi Qüdsdəki qərb divarını ziyarət etməsi və orda verdiyi görüntü ilə diqqət mərkəzinə düşüb. O, həmyerlisinin keçmişdə etdiyi bir çox hərəkətin bənzərlərini icra edir: 
 
“Barselona”nın Fələstin və İsrail səfərində Messi Qüdsdəki qərb divarını ziyarət edib. 1995-ci ildə Maradona da bu müqəddəs məkana baş çəkib. Messi də onun kimi eynilə başında kipa ilə divara kağız parçası yerləşdirib.
 
 
 
 
2012-ci ildə “Qızıl top”u qazanan Messi mərasimə qatıldığı paltarı ilə diqqət çəkib. Argentina mətbuatı Maradonanın keçmişdə eyni paltara oxşar geyim geyindiyini ortaya çıxarıb. 
 
 
 
 
1986-cı ildə Meksikada təşkil olunan dünya çempionatında Maradona İngiltərə ilə oyunda meydanın mərkəzindən topu alıb və rəqiblərini bir-bir keçərək qol vurub. Bu qolun bənzərini Messi 2007-ci ildə “Xetafe”yə vurub. 
 
 
 
 
“Barselona”lı futbolçu Maradonanın “Tanrının əli” olaraq xatırlanan qolun bənzərinə də imza atıb. Maradonanın 1986-cı il dünya çempionatında İngiltərəyə əllə vurduğu qolu Messi 2007-ci ildə “Espanyol”la oyunda təkrarlayıb. 
 

Xəbər xətti