Ardanın aldığı villanı bəyənmədilər

18:34 - 6 Avqust 2013

Futbolçunun valideynləri təzə evə alışa bilmədilər

 

İspaniyanın "Atletiko" (Madrid) klubunun türk legioneri Arda Turan İstanbulun Böyükçeşmece səmtində ata-anasına villa almışdı.

 
Sportal.az xəbər verir ki, ulduz futbolçu valideynlərin rahat, lüks həyat sürmələri üçün 400 min lirəlik villanı ən müasir mebellə də döşətdirmişdi.
Fəqət, futbolçunun ata-anası bu şəraitə alışa bilməyiblər. Naçar qalan Arda villanı kirayəyə verib, valideynləri üçünsə illərdən bəri yaşadıqları Bayrampaşada 200 min lirəyə mənzil alıb.

Xəbər xətti