Futbolçu topu xatirə olaraq saxlayacaq
	 
	"Real"ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la matçdan sonra hakimdən maraqlı bir xahiş edib.
	 
	Sportal.az xəbər verir ki, sözügedən qarşılaşmada het-trik edən portuqaliyalı hücumçu matç bitdikdən sonra referidən oynadıqları topu istəyib. 
	 
	Futbolçu bu topu xatirə olaraq saxlayacağını bildirib. 
	 
                      
saytlarin hazirlanmasi