"Sən get "Kopenhagen"i məğlub et sonra gələrsən"
"Qalatasaray"ın baş məşqçisi Roberto Mançininin ötən gün başına maraqlı hadisə gəlib.
Sportal.az xəbər verir ki, məhşur mütəxəssis İstanbulda bir sərgini gəzdikdən sonra axşam saatlarında "Nişantaşı"dan "İstinyenpark" qəsəbəsinə getmək üçün bir xeyli əziyyət çəkib.
Belə ki, həmin gün şəxsi maşınından imtina edən çalışdırıcının saxlatdığı taksilər bir sıra bəhanələrlə onu maşınlarına mindirmək istəməyiblər. Hətta, italyan baş məşqçinin saxlatdığı bir taksici ona belə deyib: "Sən get "Kopenhagen"i məğlub et sonra gələrsən. Bu saatdan sonra Fatih Terimdə olsa, maşınıma mindirmərəm".
saytlarin hazirlanmasi