Van Persi "Arsenal" azarkeşlərinin diqqət mərkəzində
"Arsenal"ın azarkeşləri Robin van Persi üçün banner hazırlayıblar.
Sportal.az xəbər verir ki, London "Arsenal"ının azarkeşləri bu gün İngiltərə çempionatının 11-ci turu çərçivəsində "Mançester Yunayted"lə keçirilən qarşılaşmada Robin van Persiyə həsr olunmuş banner açıblar.
Xatırladaq ki, Hollandiya millisinin hücumçusu "Topçular"ı 2012-ci ilin avqustunda tərk edərək "Şeytanlar"ın cəbhəsinə keçmiş, əvəzində 23 milyon funt almışdı.
Van Persinin şəkli olan bannerdə yazılıb: "Mənim içimdəki balaca oğlan deyir ki: "Mən yalançıyam!""
Bu ifadəni onlar futbolçunun "Yunayted"ə keçdiyi zaman verdiyi müsahibəyə aid ediblər. O zaman van Persi demişdi ki, transfer qərarını içindəki oğlanı dinlədikdən sonra verib.
saytlarin hazirlanmasi