"Arsenal" uduzdu, azarkeş evsiz qaldı

23:38 - 13 Noyabr 2013

Afrikada maraqlı olay
 
İngiltərənin "Arsenal" klubunun fanatı premyer-liqanın 11-ci turunda komandasının "Mançester Yunayted"ə 0:1 hesabla uduzduğuna görə evsiz qalıb.
 
Sportal.az xəbər verir ki, Uqanda vətəndaşı Henri Dabasani qonşusu Rəşid Yiqa ilə mərc gəlmişdi. Henri "Arsenal"ın udacağını deyərək evini, Rəşid isə "mankunianlar"ın qalib gələcəyini söyləyərək "Toyota Premia" avtomobili və arvadını mərcə qoymuşdu.
 
Yiqa mərci udub, çünki "qırmızı şeytanlar" matçda "topçular"ı məğlub ediblər.
3 arvadı və 5 övladı olan Dabasani matç başa çatanda huşunu itirib.
 
Ertəsi gün Yiqa dostları ilə Dabasaninin evinə soxularaq onu və ailəsini qovublar.
 
Məğlub olmuş Henri Dabasani indi ev axtarır.

Xəbər xətti