Qapılara 7 qol vuruldu
"Futbol şou № 1” baş tutub.
Sportal.az xəbər verir ki, şou-biznes nümayəndələri Şəfa stadionunda komandalara bölünərək futbol oynayıblar.
Komandanların kapitanları Ramal Əsədzadə və layihənin digər rəhbəri Mehri Əliquliyeva olub. Lamiyə Novruzova, Afaq Aslan, Əbdül Xalid, İlahə Nizamiqızı Emil Bədəlov, Rəhman Rəsulov, Şəbnəm Qəhrəmanova, Yaşar Cəlilov, Rüfət Axundov, aparıcılar Xanım Yadigarlı, Nərgiz Mahmudzadə, rəqqasə Oksana Rəsulova və başqaları qalib gəlmək üçün mübarizə aparıblar.
Qeyd edək ki, 4:3 hesabı ilə Mehri Əliquliyevanın komandası qalib gəlib.
saytlarin hazirlanmasi