Futbol bayramı qana boyandı: 12 nəfər həlak oldu VİDEO

01:22 - 22 Noyabr 2013

Bir tərəfdə sevinc, digər tərəfdə isə kədər
 
Əlcəzairdə futbol fanatları milli komandanın qələbəsini qeyd edərkən ölüm halları baş verib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra gecə saatlarında ümumilikdə 12 nəfər ölüb, 240 nəfər yaralanıb.
 
Əlcəzair yığması həlledici oyunda Burkina-Faso kollektivini məğlub edərək Braziliyada keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb. 

Xəbər xətti