Uilşer yenə diqqət mərkəzinə düşüb
İngiltərə Premyer Liqasının son turunda "Mançester Siti"nin "Arsenal"ı 6:3 hesabı ilə məğlub etdiyi qarşılaşmada xoşagəlməz epizod qeydə alınıb.
Sportal.az xəbər verir ki, London klubunun futbolçusu Cek Uilşer ev sahibi komandanın azarkeşlərinə orta barmağını göstərib.
Bu məqam hakimin diqqətindən yayınıb. Ancaq federasiyanın Uilşeri cəzalandıracağı bildirilir.
Eyni hərəkətə görə "Liverpul"un forvardı Luis Suares 1 oyunluq cəza almış, 20 min funt cərimələnmişdi.
saytlarin hazirlanmasi