"Arsenal"ın ulduz futbolçusu oteldə qadınla yaxalandı FOTO

12:31 - 17 Fevral 2014

Jiru bu hadisəni etiraf etdi
 
"Arsenal"ın futbolçusu Oluver Jiru son günlər jurnalistlərin hədəfinə çevrilmişdi.
 
Sportal.az xəbər verir ki, buna səbəb onun bu yaxınlarda "Kristal Pelas"la oyundan öncə oteldə bir qadınla gecə keçirməsi olmuşdu. Ailəli olan futbolçunun bu hadisə ilə bağlı fotosu da yayılıb. "Topçular"ın baş məşqçisi Arsen Vengerin fransalını cəzalandıracağı deyilir. Oliver Jiru isə öz "tvitter" hesabında hadisəni etiraf edərək üzrxahlıq edib: "Mən ailəmdən, dostlarımdan və "Arsenal" azarkeşlərindən üzr istəyirəm. Mənim indiki vəzifəm ailəmi qoruyub, saxlamaq olacaq".
 

Xəbər xətti