Semih Kaya hamının alqışını qazandı
Dünən baş tutan "Qalatasaray" -"Beşiktaş" (1-0) oyununda nadir hallarda baş verən bir görüntü yaşanıb.
Sportal.az xəbər verir ki, oyunun 53-cü dəqiqəsində top "Qalatasaray"ın futbolçusu Semih Kayadan meydandan çıxır. Hakim Cüneyt Çakır isə qapıdan zərbə qərarını verir. Bundan sonra "Qalatasaray"lı futbolçu hakimə yaxınlaşaraq, topun ondan çıxdığını bildirir və hakim küncdən zərbə təyin edir.
Həmin görüntünü anbaan təqdim edirik
saytlarin hazirlanmasi