Dani Alveş sevincini belə paylaşdı
“Barselona”nın ulduz futbolçusu Dani Alveş Çempionlar Liqasında “Mançester Siti üzərində qazanılan qələbədən sonra əməlli-başlı bayram edib.
Sportal.az xəbər verir ki, hər iki matçda fərqlənən Alveş oyundan sonra komandasının ¼ finala çıxmasını evində musiqi sədaları altında qeyd edib. Farell Uilyamsın məşhur “Happy” mahnısı ilə rəqs edən Alveş sevincini sosial şəbəkələr vasitəsi ilə izləyicilərlə bölüşüb.
Qeyd edək ki, "Barselona" Çempionlar Liqasının 1/8 final mərhələsində qarşılaşdığı "Mançester Siti"komandasını hər iki oyunun nəticəsinə görə 4-1 hesabı ilə məğlub edib.
saytlarin hazirlanmasi