Açılış oyunu təxirə salındı
İsveç çempionatının açılış oyunu – “Helsinborq”-“Yurqorden” qarşılaşması yarımçıq dayandırılıb.
Sportal.az xəbər veriri ki, buna səbəb yerli fanatların qonaq komandanın azarkeşini öldürməsi olub.
“Helsinborq” fanatları 43 yaşlı azarkeşə oyundan əvvəl hücum edərək onu döyüblər. Xəstəxanaya yerləşdirilən azarkeş orda vəfat edib.
Onun ölümündən xəbər tutan “Yurqorden” azarkeşləri “qatillər, qatillər” qışqıraraq meydançaya axışıblar. Nəticədə oyun yarımçıq dayandırılıb.
Hadisə ilə bağlı 3 nəfər həbs edilib, 30 nəfər isə polis tərəfindən axtarılır.
saytlarin hazirlanmasi