Meydanda qisas: arvadını əlindən alana əl vermədi FOTO

16:54 - 14 Aprel 2014

Lopes üçün qısas anı
 
İtaliyanın A Seriyasında oynanmış "Sampdoriya"-"İnter" matçı iki məşhur futbolçunun şəxsi münasibətlərinin meydanda izharına çevrilib.
Vaxtilə çox yaxın dostlar olmuş bu futbolçular indi bir-birlərinə düşmən kəsiliblər.
 
"Sampdoriya"nın qolealoru Maksi Lopes onun arvadını tovlayan və əlindən alan sabiq dostu, "İnter"in ulduzu Mauro İkardiyə əl verməyib.
 
Sportal.az milli.az-a istinadən xəbər verir ki, İkardi meydanda Lopeslə əl verib görüşmək istəsə də, "İnter"in oyunçusu ona fikir verməyib.
 
İki sabiq dostun münasibətlərinin pozulmasına səbəb Vanda adlı qadındır.
 
M.Lopesin arvadı olmuş Vanda sonradan ərinə xəyanət edib və M.İkardi ilə otellərdə sürəkli görüşüb.
Ərindən boşanandan sonra isə o, M.İkardinin evinə köçüb.
 
"İnter" Genuyada oynadığı matçda "Sampdoriya"nı 4:0 hesabla məğlub edib.
 
Qolların 2-ni isə M.İkardi vurub.
 

Xəbər xətti